AZ

Türkiyə Silahlı Qüvvələri ilin əvvəlindən indiyədək minə yaxın terrorçunu zərərsizləşdirib

Türkiyə

İstanbul, 16 may, Günel Karatepe, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində 47 terrorçu zərərsizləşdirib. İraqın şimalındakı PKK sığınacaqlarından qaçan iki terrorçu İraqla Türkiyə arasındakı Habur sərhəd-keçid məntəqəsinə təslim olub. İlin əvvəlindən indiyədək zərərsizləşdirilən terrorçu sayı isə minə yaxındır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.

Məlumata əsasən, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraqın şimalında aparılan “Pəncə-Kilid” əməliyyatı bölgəsində indiyədək 931 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar zamanı çoxsaylı silah-sursat ələ keçirilib, terrorçulara məxsus 1021 sığınacaq yararsız vəziyyətə salınıb.

Bu il yanvarın 1-dən indiyədək qanunsuz yollarla Türkiyə sərhədlərini keçməyə cəhd göstərən 3 min 981 nəfər saxlanılıb. Onlardan 493-ü son bir həftə ərzində ələ keçirilib.

Sərhədi keçməsinin qarşısı alınanların sayı son bir həftədə 1675, bu ilin əvvəlindən isə 54 min 117-yə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
azertag.az

1Mənbələr