AZ

Hizbullah İsrailin “Tal Şamayim” adlı böyük müşahidə şarının yerləşdiyi yerə ZƏRBƏ ENDİRDİ

Hizbullah İsrail Ordusunun “Tal Şamayim” adlı böyük müşahidə şarının yerləşdiyi yerə zərbə endirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Mayın 15-də Hizbullah tərəfindən Livanın cənubundan İsrailin şimalına buraxılan pilotsuz uçuş aparatı İsrail Ordusunun Hərbi Hava Qüvvələrinin böyük müşahidə şarının olduğu yerə zərbə endirib.

Aerostat – “Tal Şamayim” (“Cənnət şehi”) hava hücumundan müdafiə sistemi ölkənin şimalında qabaqcıl təhlükələri aşkar etmək və qarşısını almaq üçün nəzərdə tutulub.

Nəhəng bir şarın içərisinə yığılan sistem uzun illər ərzində İsrail və ABŞ arasında əməkdaşlıq çərçivəsində hazırlanıb və dünyada ən böyük sistemlərdən biri hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
interpress.az

1Mənbələr