AZ

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ramin Əliyevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Səmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Əməliyyat zamanı Ramin Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 5 kilo 380 qram marixuana, 308 qram metadan həb aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
37
e-huquq.az

10Mənbələr