AZ

İllüziyaçı Devid Kopperfild 16 qadına qarşı cinsi istismarda İTTİHAM OLUNUR

67 yaşlı illüziyaçı Devid Kopperfild 16 qadına qarşı cinsi qısnama və nalayiq davranışda ittiham edilib.

Bizim.Media “The Guardian” nəşrinə istinadən xəbər verir ki, ittihamçı qızların yarıdan çoxu o zaman azyaşlı olduqlarını bildiriblər.

İddialar 1980-ci illərin sonundan 2014-cü ilə qədər davam edib. İddiaları irəli sürən qadınlar Kopperfildlə onun aktiv şəkildə çıxış etdiyi bir vaxtda tanış olublar. Onlardan bəzilərinin o zaman cəmi 15 yaşı var idi, lakin o, onların yaşlarını bilməyib.

Ən azı üç qadın iddia edib ki, Kopperfild onlarla cinsi əlaqədə olmamışdan əvvəl onları narkotik vasitə verib. Zərərçəkmişlərdən birinin dediyinə görə, bu, 1993-cü ildə baş verib. Sonra Devid Kopperfild şoulardan birindən sonra onu içki içməyə dəvət edib, amma əvəzində ona narkotik vasitə verib. İllüziyaçının vəkilləri ittihamları rədd edir və narkotiklərin “onun dünyasının bir hissəsi olmadığını” iddia ediblər. Həmin vaxt qızlardan üçü yeniyetmə idi. Tamaşa zalında əyləşən 15 yaşlı bir qızın ailə üzvləri onun sinəsinə toxunduğunun şahidi olduqlarını iddia ediblər. Zərərçəkənlərdən biri bildirib ki, Kopperfild 2014-cü ildə Las-Veqasdakı “MGM Grand” kazino otelində çıxışı zamanı onu səhnəyə çağırıb və sinəsini sıxıb. O, bununla bağlı polisə şikayət edib, lakin dəlil olmadığı üçün iş bağlanıb.

Qeyd edək ki, Devid Kopperfild ilk dəfə deyil ki, nalayiq davranışda ittiham olunur. 2018-ci ildə Brittni Leuis adlı bir qadın onun 1988-ci ildə 17 yaşlı model ikən ona narkotik maddə verdiyini və cinsi təcavüz etdiyini iddia etmişdi. İllüziyaçı bu ittihamları rədd edib. Bundan əlavə, Devid uşaq alverində günahlandırılan Cefri Epşteynlə əlaqəsi səbəbindən də diqqət mərkəzində olub. Epstein 2019-cu ildə həbsxanada ölüb, rəsmi versiya intihar olub.





Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
bizim.media

10Mənbələr