AZ

Azərbaycanın xaricə satdığı fındığın orta qiyməti - 25% ARTIB

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 41 milyon 548 min dollar dəyərində 52 min 175 ton fındıq ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon 302 min dollar və ya  15%, miqdar ifadəsilə 3 min 157 ton və ya 32% azalıb.

2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 48 milyon 850 min dollar dəyərində 9 min 945 ton fındıq ixrac olunmuşdu.

1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 10,41 manata başa gəlib ki, bu da illik müqayisədə 2,06 manat (25%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə isə  fındığın orta ixrac qiyməti 8,35 manata başa gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
fed.az

1Mənbələr