AZ

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin Xocavənddə kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub

Birinci Qarabağ müharbəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Quliyev Novruz Mahmud oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı Füzuli ərazisindəki qəsəbəyə gətirilib.

Şəhidlə vida mərasimi olub.

Nəçin qalıqları Bala Bəhmənli kənd məzarlığına gətirilib.Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Quliyev Novruz Mahmud oğlu 1964-cü ildə Füzuli rayonunun Çimən kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Çimən kəndində gedən döyüşlər zamanı itkin düşüb.

Novruz Quliyevin nəşinin qalıqları 2022-ci ildə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
9
apa.az

10Mənbələr