AZ

Türkiyə KAAN döyüş təyyarəsinin istehsalına bu qədər XƏRCLƏYİB

Türkiyənin KAAN milli döyüş təyyarəsinin yaradılması layihəsinə ümumilikdə 2 milyard dollar xərclənib.

Musavat.com "Dunya.com"a istinadən xəbər vetir ki, bu barədə Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil jurnalistlərə bildirib.

Şirkətin baş direktoru qeyd edib ki, türk qırıcısının xüsusiyyətləri "F-35"dən üstündür.

Onun sözlərinə görə, "F-35" 6 ton KAAN isə 10 tona qədər sursat daşıya bilir və daha səmərəli mühərrikə malikdir.

T.Kotil qeyd edib ki, KAAN ancaq Amerikanın "F-22" qırıcısı ilə müqayisə oluna bilər. Baş direktor təyyarənin qiymətini açıqlamasa da, bir ədəd "F-35"in 130 milyon dollar olduğunu xatırladıb.

Kotil bildirib ki, TÜSAŞ 2028-ci ildə Hərbi Hava Qüvvələrinə 20 KAAN qırıcısı təhvil verməyi, gələcəkdə isə yüzlərlə bu təytarədən istehsal etməyi planlaşdırır. 

Xatırladaq ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Müxtəlif mənbələrə görə, təyyatə 13 dəqiqə havada olub, 420 km/saatdan çox sürət yığıb və 2,4 min m hündürlüyə qalxıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
musavat.com

1Mənbələr