AZ

Fransanın böyük dövlət AYIBI: Rəsmi Parisdən Azərbaycanla bağlı ABSURD yanaşma

“Yeni Kaledoniyada Fransa böyük bir dövlət ayıbına imza atır”.

Bu sözləri Yenicag.az-a açqılamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Politoloq Fransanın dənizaşırı torpağı sayılan Yeni Kaledoniyada Fransa əleyhinə başlayan üsyanlar, Paris administrasiyasının neokolonializm siyasəti, eləcə də, Fransanın daxili işlər naziri Jerar Darmanenin üsyanlarda Azərbaycanı günahlandırmasının pərdəarxası məqamlarından söz açıb.

T. İsmayılovun fikrincə, Avropada olan bir ölkənin öz coğrafi sərhədlərinə daxil olmayan Okeaniyada hansısa koloniya saxlamağa çalışması məntiqsizdir.

“Eləcə də, beynəlxalq hüququn Yeni Kaledoniyanın azadlıq və istiqlal mübarizəsinə dəstək vermək kimi öhdəliyi var. Çünki çağdaş dövrdə xalqların öz müqəddəratını təyin etmək hüquqlarının ən böyük doğrulmalı olduğu yer Yeni Kaledoniya, Korsika və Fransanın dənizaşırı adalarıdır”, – deyə o bildirib.

“Təəssüflər olsun ki, Fransa XXI əsrdə hələ də kolonialist siyasəti davam etdirir və Azərbaycandan başqa dünyada heç kim Yeni Kaledoniyanın azadlıq və istiqlal mübarizəsinə dəstək olmur. Eyni zamanda, Yeni Kaledoniyada baş verən hadisələr bir neçə ay əvvəl Korsikadakı azadlıq və istiqlal mübarizəsini də gündəmə gətirmiş oldu”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə, bu gün Emmanuel Makronun öz azadlığını istəyən adalılara qarşı aqressiv siyasəti, habelə Fransanın Yeni Kaledoniyaya ordu göndərməsi, həmçinin adaya helikopter və əsgər heyəti ilə hücum etməyi Fransanın Əlcəzair soyqırımından dərs çıxarmadığını və çağdaş dövrdə sözügedən kolonialist siyasəti davam etdirərkən, həm də bu tip qəbuledilməz istismarçı və istilaçı siyasətə sadiq qaldığını göstərir:

“Bu yeni kaledoniyalıların azadlıq və istiqlal mübarizəsinə əli silahlı ordu ilə qarşılıq verən Makron hakimiyyətinə Olimpiya oyunlarını təhvil vermək, hesab edirəm ki, utanc və ayıbdır. Ona görə də dünya birliyi bu məsələdə kəskin addım atmalı və Olimpiya oyunları Yeni Kaledoniya, Korsika və digər dənizaşırı adalarda azadlıq mübarizəsinə qarşı çıxan Fransada keçirilməməlidir. Hər halda, biz dünyadan ədalət gözləyə bilmərik, lakin bu məsələni beynəlxalq kuluarlarda qaldırmağa davam etməliyik deyə düşünürəm”.

“O ki qaldı Fransanın daxili işləri naziri Jerar Darmanenin Azərbaycanı Yeni Kaledoniyadakı iğtişaşlarda günahlandırmasına, fikrimcə, bu çox absurd bir yanaşmadır. Çünki nəzərə almaq lazımdır ki, Fransanın özü ömür boyu Azərbaycanın daxilində etnik separatçılığı qızışdırıb və erməni separatizminin baş almasında rol oynayıb. İndi neokolonializm və etnik separatçılıq kimi iyrənc təməlləri dövlət siyasətinə çevirmiş bir ölkənin Azərbaycanı hansısa məsələdə ittiham etməsi, əlbəttə ki, gülməlidir və inandırıcı deyil”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
yenicag.az

1Mənbələr