AZ

Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: “Belə münasibət qəbuledilməzdir”

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisinin şəhid ailəsinə ev tikmək məqsədi ilə ayrılması başadüşülən deyil. Şəhidlər bizim üçün müqəddəs və unudulmazdır. Cənab Prezident İlham Əliyev və dövlətimiz tərəfindən şəhidlərin adına, onların ruhuna ehtiram, şəhid ailələrinə göstərilən qayğı və diqqət sonsuzdur”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. 

 

Deputat bildirib ki, zirzəmi normal həyat şəraiti üçün əlverişli olmadığı kimi, həm də orada tikinti işlərinin aparılması bina üçün təhlükəlidir: “Bu məsələdə uyğunsuzluq var. İlk növbədə şəhid ailəsinə qarşı belə münasibət qəbuledilməzdir. Sözsüz ki, bu uyğunsuzluq qanunauyğun şəkildə aradan qaldırılmalıdır!” 

 

Aytəkin Qardaşova 

Tarix: 16 May 2024, 15:01   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
2
pravda.az

3Mənbələr