AZ

Bakıda “Mosfilm həftəsi” keçiriləcək

Bakıda

Bakı, 16 may, AZƏRTAC

“Mosfilm” kinokonserninin 100 illik yubileyi çərçivəsində ilboyu təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da bir sıra tədbirlər keçirilir. Azərbaycanın paytaxtında Bakıdakı Rus evinin təşkilatçılığı ilə “Mosfilm həftəsi” keçiriləcək.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, mayın 17-də “Zağulba FM” radiosunun platformasında təntənəli açılış olacaq.

“Mosfilm həftəsi”ni Rüstəm İbrahimbəyov və Valentin Yejovun ssenarisi əsasında rejissor Vladimir Motılın çəkdiyi əfsanəvi “Səhranın bəyaz günəşi” filmi açacaq. Mayın 18-də rejissor Vladimir Menşovun “Moskva göz yaşlarına inanmır” filminin nümayişi olacaq. Mayın 19-da isə rejissor Leonid Qaydayın çəkdiyi “Brilyant əl” filmi nümayiş olunacaq.

Tamaşaçılar filmlərin nümayişi ilə yanaşı, sovet kinosunun sevimli mahnılarından hazırlanmış konsert proqramından da zövq alacaqlar.

“Mosfilm” Rusiya kino sənayesinin aparıcı müəssisəsidir. Onun istehsal etdiyi filmlər bir neçə nəslin böyüməsində mühüm rol oynayıb, bu kinolentlərində səslənən frazalar isə indi də gənclərin dilindən düşmür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
azertag.az

2Mənbələr