AZ

III Regional Xor Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Saatlı, 16 may, Aydın Yavərzadə, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin Saatlı rayon Mədəniyyət Mərkəzində qala konserti keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə qalib gələn xor kollektivlərinin, uşaq musiqi, incəsənət məktəblərinin xalq çalğı alətləri ansambllarının ifasında musiqi nömrələri, eyni zamanda Saatlı rayon “Adıgün” Türk Xalq Folklor Kollektivinin ifasında rəqs nömrələri nümayiş olunub.

Qala konsertin mükafatlandırma hissəsində Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin xor kollektivi qran-pri mükafatı, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi I dərəcəli diplomla, Ağdaş şəhər 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi II dərəcəli diplomla, Göyçay şəhər A.Məmmədov adına uşaq musiqi məktəbinin xor kollektivi III dərəcəli diplomla, Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin xor kollektivləri isə diplomla təltif ediliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
azertag.az

1Mənbələr