AZ

120 təşkilat Gürcüstandan “xarici agentlər haqqında” qanunu geri götürməyi tələb edir

120 təşkilat Gürcüstan hökumətinə “xarici agentlər haqqında” qanunu qeyd-şərtsiz geri götürmək üçün birgə çağırış edib.

Qaziler.az SOVA-ya istinadla xəbər verir ki, bəyanatda bu qanunun hökumətin xalqa qarşı zorakılığının, ölkəyə qarşı hədə-qorxunun və xəyanətin simvoluna çevrildiyi bildirilir.

“Gürcüstanda Putinin qaydalarını bərqərar etmək cəhdi iki yüz ildən artıqdır ki, Gürcüstanın “ruslaşmasına” qarşı mübarizə aparmış və mübarizə aparan bütün əcdadlarımıza və soydaşlarımıza xəyanətdir.

Bütün beynəlxalq ictimaiyyət tərəfindən qınanılan qanun layihəsi qanuna çevrilməzdən əvvəl prezidentin veto hüququ qalır və parlament bunu ləğv etməməlidir. Biz bir daha bəyan edirik ki, gürcü xalqı Rusiya qanunlarını, zorakı idarəçiliyi və Qərb dünyasından ayrılmağı qəbul etməyəcək.

Biz Gürcüstan prezidentinin bu qanunu təkmilləşdirməyin mümkün olmadığı və Avropa Komissiyasının bəyanatı ilə bağlı mövqeyini tamamilə bölüşürük, ona görə qanun geri götürülməlidir. Qanun artıq sadəcə hüquqi mətn deyil, hakimiyyətin xalqa qarşı zorakılığının, qorxudulmasının və ölkəyə xəyanətin simvoluna çevrilib.

Gürcü xalqının iradəsi sarsılmazdır. Gəmimiz Avropaya gedir. Bir daha təkrar edirik - hökumət bu qanunu qeyd-şərtsiz geri götürməlidir. De Europe! Rusiya qanunlarına yox!”, - Bəyanatda qeyd edilib. 

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
2
qaziler.az

3Mənbələr