AZ

Macarıstanla Slovakiya Aİ-nin Gürcüstana qarşı qərarını əngəlləyiblər

Hurriyyet.az xəbər verir ki, Macarıstan ilə Slovakiya Gürcüstanın xarici agentlər barəsində "Xarici təsirin şəffaflığı" adlı qanunu qəbul eləməsinə qarşı Avropa İttifaqının bəyanatına veto qoyublar. Bu barədə məlumatı Avropa yaşıllar partiyasının Avropa Parlamentindəki parlament müşaviri Tamara Qaqulaşvili verib.
Qaquaşvili gürcü televiziyasına müsahibəsində deyib: "Bəli, yetərincə etibarlı mənbələrin məlumatına görə, Aİ Şurasının yazılı bəyanatı bu iki ölkənin liderləri tərəfindən əngəllənib. Bu səbəbdən belə bir bəyanat çərşənbə günü Avropa Komissiyasının adından verilib".
Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
hurriyyet.az

2Mənbələr