AZ

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

BOK 2024-cü il Olimpiadası ilə bağlı iqtisadi araşdırmaların nəticələrini dərc edib.

Hesablamalara görə, Paris Olimpiadasının bölgəyə 6,7 milyard avro ilə 11,1 milyard avro arasında xalis iqtisadi faydası olacaq.

Hesabat Fransada idmanın iqtisadi və hüquqi aspektləri üzrə ixtisaslaşmış tədqiqat institutu olan Limoj Universitetinin nəzdindəki İdman Hüquq və İqtisadiyyatı Mərkəzi (CDES) tərəfindən dərc edilib.

2018-ci ildən 2034-cü ilə qədər olan dövrü əhatə edən xalis effekt, İle-de-Frans bölgəsinə xarici iqtisadi resursların daxil olması ilə bağlıdır. Olimpiada olmasaydı, bu effekt baş verməyəcəkdi.

Oyunlar zamanı yarış üçün Parisə 2,3 milyondan 3,1 milyona qədər turistin gələcəyi gözlənilir ki, onların da təxminən 64%-i fransızlardır. Paris Turizm İdarəsinin məlumatına görə, oyunlar zamanı paytaxta gələn turistlər (yarış biletləri ilə və ya biletsiz) təxminən 2,6 milyard avro xərcləyəcəklər.

2024-cü il yarışları üçün nəzərdə tutulan 7 milyard avroluq özəl maliyyənin böyük hissəsi media hüquqları, sponsorlar, bilet satışı və uzunmüddətli infrastruktur layihələrinə özəl sərmayələri əhatə edir.

Hesablamalara görə, dövlət xərclərinin hər avrosu üçün 3 avro iqtisadi mənfəət olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
futbolinfo.az

1Mənbələr