AZ

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Türkiyədə duru yağların qiymətləri 2 manatla 4 manat arası, Azərbaycanda isə həmin yağlar 3 manatla 7 manat arasında satılır. Bütün supermarket şəbəkələri isə bu yağlarıın qiymətlərini endirim kimi tədqim edir...

Azad İstehlakçılar Birliyinin sədri: “Mən dəfələrlə sahibkarlar assosiasiyası ilə bu məsələni müzakirə etmək istəmişəm. Demişəm baş nazirə müraciət edək, qaydalar qoyulsun ki, marketlərlə təşkilatçılar arasında bir hüquqi sənəd olsun. Çox təəssüf ki, bu sənəd öz aralarında olur və təchizatçılar səsini çıxara bilmir”.

“İstehlakçıların aldadılmamalarını istəyirlərsə, istehlakçılar üçün operativ məlumat vermək mexanizmi yaratmalıdırlar. Amma bu da ölkədə yoxdur”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov supermarketlərin qondarma “endirim siyasətləri”ni Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyədə duru yağların qiymətləri 2 manatla 4 manat arasında dəyişir. Azərbaycanda isə həmin yağlar 3 manatla 7 manat arasında satılır. Azərbaycanda həmin yağların iki dəfədən baha satılmasına baxmayaraq, bütün supermarket şəbəkələri bu yağlarıın qiymətlərini endirim kimi tədqim edir. Supermarketlərin piştaxtlarında adətən Türkiyə duru yağlarının qiymətlərinin 30%-dən 50%-ə qədər endirim edildiyi yazılır.

Supermarketlərin bu qondarma “endirim siyasətləri” ilə bağlı nə demək olar və Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Mövzunu Poliqon-un əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Azad İstehlakçılar Birliyinin təxminən hesablamasına görə bir ildə Azərbaycan istehlakçıları aldandıqları mal üçün beş yüz milyon manat pul ödəyirlər”.

Market sahiblərinin satışdan sonra əldə etdikləri pulları təchizatçılara qaytarılmasında da böyük problemlərin yaşandığını vurğulayan Eyyub Hüseynov qeyd edib ki, təchizatçı pulu əldə edib investitsiya qoymalıdır, istehsalın genişləndirməlidir, işçilərə maaş verməlidir. Azərbaycanda bu da böyük problemdir və tənzimləməlidir:

“Gördüyümüz kimi, son 15 ildə Azərbaycanda marketlər şəbəkələri surətlə artır. Ona görə şəbəkə artır ki, burada böyük gəlirlər var. Qeyd edim ki, 20 min adda mal var və bu malları marketə yerləşdirmək üçün market sahiblərinə böyük pullar verilir. Adətən bu pullar heç bir rəsmi sənədlərlə sənədləşdirilmir.

Azərbaycanda bu sahədə böyük problemlər var. Belə ki, mal təchizatçılarının marketə çətinliklə girməsi ona gətirib çıxarır ki, market sahibləri sonra təchizatçılarla istədikləri kimi hərəkət edirlər. Yəni bəri-başdan pul almaqla bərabər özləri malların üzərindən qiymət qoyunlar, oradan gəlir əldə edirlər, kampaniyalar keçirirlər, oradan gəlir əldə edirlər. Satışdan əldə olunan və təchizatçıya çatmalı olan pulun bir hissəsinə şərik olurlar və təchizatçının istəmədiyi məcbur kampaniyalar keçirirlər ki, alıcını qapıdan içəri daxil etsinlər.

Bundan başqa təchizatçıdan pul qoparmaq üsulları mövcuddur. Market sahibləri təchizatçılarla həddindən artıq gərgin davranır və təchizatçılar səsin çıxara bilmir. Çünki qorxurlar onları şəbəkədən çıxardaqlar. Bütün bunlara səbəb odur ki, Türkiyədə, Rusiyada, digər ölkələrdə olan kimi marketlər üçün Nazirlər Kabinetinin təsdiq etdiyi bir qaydalar yoxdur. Yəni mövcud qaydalar olmalıdır və dediklərimin hamısı orada əks olunmalıdır.

Üstəlik market sahiblərinin satışdan sonra əldə etdikləri pulları təchizatçılara qaytarılmasında da böyük problem yaşanır. Axı təchizatçı pulu əldə edib investitsiya qoymalıdır, istehsalın genişləndirməlidir, işçilərə maaş verməlidir. Bu da böyük problemdir və bu da tənzimləməlidir. Başqa ölkələrdə həmin qaydalardan 45 gün vaxt qoyulur və o günlərdə pullar qaytarılmalıdır. Amma bizdə belə bir qayda yoxdur.

Eyyub Hüseynov: “Ən çox şikayət Nizami küçəsində yerləşən Grand marketdən gəlir. Demək olar ki, hər gün çoxlu sayda istehsalçının aldadılması baş verir”.

Mən dəfələrlə sahibkarlar assosiasiyası ilə bu məsələni müzakirə etmək istəmişəm. Demişəm baş nazirə müraciət edək, qaydalar qoyulsun ki, marketlərlə təşkilatçılar arasında bir hüquqi sənəd olsun. Çox təəssüf ki, bu sənəd öz aralarında olur və təchizatçılar səsini çıxara bilmir. Bütün bu işlərin hamısı axırda istehlakının başında sınır. Yəni qiymət artımı, aldadılma və s. Üstəlik istehlakçılar marketlərdə olan bu arxiyadan böyük əzab çəkir.

Xüsusən kartla ödənişdə istehlakçılara almadıqlar malları yazırlar. Məsələn, ən çox şikayət Nizami küçəsində yerləşən Grand marketdən gəlir. Demək olar ki, hər gün çoxlu sayda istehsalçının aldadılması baş verir. Taxçada qiymət aşağı, çıxışda yuxarı olur. Çox təəssürat olsun bu işə nəzarət edən İqtisadiyyat Nazirliyinin Antiklər və Bazarlara Nəzarət Dövlət Xidmətinin operativ əlaqə imkan yoxdur. Gərək istehlakçı onları saytına girsin, kassa çəkinin, taxçadakı qiymətin şəkillərini göndərsin. Bu da uzun prosedurdur. Adını çəkdiyim dövlət qurumu istehlakçıların aldadılmamalarını istəyirlərsə, istehlakçılar üçün operativ məlumat vermək mexanizmi yaratmalıdırlar. Amma bu da ölkədə yoxdur.

Bir daha qeyd edim ki, istehlakçılara kartın ödəniş edəndə almadıqları malları yazırlar. Azad İstehlakçılar Birliyinin təxminən hesablamasına görə bir ildə Azərbaycan istehlakçıları aldadıqları mal üçün beş yüz milyon manat pul ödəyirlər. Endirim kompaniyaları da onların bir hissəsidir. Təchizatçıya məcbur edirlər ki, endirim etməliyəm və belə hərəkət edəcəm. Əlbəttə, Azad İstehlakçılar Birliyi endirim kompaniyaların tərəfdarıdır. Lakin bütün endirimdən də təchizatçılar əzab çəkirlər. Yəni marketlər istədikləri kimi hərəkət edirlər. Bəzən endirim kampaniyalarından istehlakçıların özləri də razı olurlar. Bu da onların marketinq siyasətlərinin bir hissəsidir”.

Nərminə UMUDLU
Poliqon.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
poliqon.info

1Mənbələr