AZ

AFFA Qəbələdəki meydançaların saxlanılmasını üzərinə götürdü

"Qəbələ" I Liqaya düşdüyü üçün büdcəsində də 10 dəfəyə qədər azalma olacaq və bu da ciddi sıxıntılara yol açacaq. 

Rekord.az xəbər verir ki, xüsusilə meydançaların saxlanılması məsələsində.

Çünki bu iş kifayət qədər vəsait tələb edir və nəzərə alaq ki, Qəbələdəki meydançaların çoxu təbii örtüklüdür. Aldığımız son məlumata görə, AFFA bu məsələdə kluba kömək edəcək. Daha da konkretləşdirsək, federasiya Qəbələdəki meydançalarının saxlanılması üçün tələb olunan xərci qarşılamağa hazırdı. Lakin bunun qarşılığında AFFA-nın klubdan bir istəyi var: aşağı yaş qruplarından ibarət millilər il boyu Qəbələdə təmənnasız təlim-məşq toplanışı keçə bilər. Güman ki, "Qəbələ" klubu da bu şərti qəbul edəcək. Ancaq hələlik danışıqlar davam edir və son nöqtə qoyulmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
rekord.az

1Mənbələr