AZ

“Hər an nə isə ola bilər” - Qəbələ şəhər stadionunda problem?

Sürpriz nəticə ilə yekunlaşan “Qəbələ” – “Sabah” oyununda hesab tablosunun sıradan çıxması gözdən yayınmadı.

Belə ki, ikinci yarıda təxminən 10-15 dəqiqə ərzində tabloda oyunun hesabının yerinə başqa bir görüntü yayınlandı. 63-cü dəqiqədə isə problem yoluna qoyuldu və yenidən oyunun hesabı göstərildi. Ümumiyyətlə, bu problemin nədən yarandığını, tablonun işinə nəzarət edilib-edilmədiyini öyrənmək istədik. Buna görə Qəbələ təmsilçisinin mətbuat xidmətininrəhbəri Asəf Zeynallıyla əlaqə saxladıq:
“Hesab tablosunda texniki problem var idi və qısa zaman kəsiyində aradan qaldırıldı. Bu nasazlıq təxminən 10 dəqiqə çəkdi. Elektronik lövhə olduğuna görə hər an nə isə ola bilər. Buna baxmayaraq, istənilən vaxt ona nəzarət olunur. Sadəcə, oyun zamandı belə problem yaşandı və qısa vaxtda həllini tapdı”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
football-plus.az

1Mənbələr