AZ

Təcili yardım maşını gec gəldi: İki komanda cərimələndi

İkinci liqa klubu təcili tibbi yardım (TTY) maşınının stadiona gec gəlməsi səbəbindən cəzalandırılıb.

Oxu.Az Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 25-ci turun “Lerik” - “Kür-Araz” oyununa TTY avtomobilinin stadiona vaxtında gəlməməsi səbəbindən matç gec başladığına görə meydan sahibi 100 manat cərimə edilib.

Bu hal “Sheki City” - “Qusar” görüşündə də təkrarlandığı üçün Şəki təmsilçisi də 100 manat cərimələnib.

Qeyd edək ki, “Sheki City” - “Qusar” oyununda meydan sahibi matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə komanda daha 100 manat cərimələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
7
oxu.az

8Mənbələr