AZ

Azərbaycan para-atletləri dünya çempionatında mübarizə aparacaqlar

Azərbaycan

Bakı, 16 may, AZƏRTAC

Para-atletika üzrə Azərbaycan millisi Yaponiyanın Kobe şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, turnirdə Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) çıxış edəcəklər.

Yığma yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.

Qeyd edək ki, dünya çempionatı mayın 17-25-də təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
azertag.az

2Mənbələr