AZ

İsrailli tarixçi professor HƏMAS-ı dəstəklədiyi iddiası ilə dindirildi

İsrailli tarixçi professor İlan Pappe HƏMAS tərəfdarı olduğu iddiası ilə dindirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, sosial media hesabından verdiyi açıqlamada dindirmənin 2 saat davam etdiyini və müxtəlif sualların verildiyini bildirib.

Pappe hava limanında aparılan dindirmə ilə bağlı \"Facebook” hesabında açıqlama verib.

Pappe Detroit Metropolitan Hava Limanına gəldiyi zaman iki FTB əməkdaşı tərəfindən 2 saat sorğu-sual edildiyini və sorğu-sual zamanı telefonunun ondan alındığını, verilən suallardan təəccübləndiyini bildirib.

O, açıqlamasında bildirib:

\"Siz Həmas tərəfdarısınız? İsrailin Qəzzada soyqırım törətdiyini düşünürsünüz? Münaqişənin həlli nədir?\", - deyə ona suallar ünvanlanıb.

Pappe qeyd edib ki, telefonundakı bütün məlumatlar oxunduqdan sonra ona getməyə icazə verilib.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azxeber.com

1Mənbələr