AZ

Ruslan Əmircanov: "Premyer Liqanı "Qəbələ"siz təsəvvür edə bilmirəm"

"Premyer Liqanı "Qəbələ"siz təsəvvür edə bilmirəm".

Bu sözləri "Operativ Media"ya açıqlamasında Azərbaycan millisinin və "Qəbələ" klubunun sabiq futbolçusu Ruslan Əmircanov bildirib.

O, "Qəbələ" klubunun Azərbaycan futboluna xeyir verdiyini deyib.

"Qəbələ" ilə bağlı verilən qərara təəssüfləndim. Mən özüm də bir il "Qəbələ"də oynamışam. "Qəbələ" Azərbaycan futboluna bu günədək xeyir verib və 1-ci Liqaya düşsələr belə xeyir verməyə davam edəcəklər. Belə infrastrukturu, bazası olan ikinci bir klub yoxdur. Amma idman prinsiplərini də nəzərə almaq lazımdır".

Ruslan Əmircanov "Qəbələ"nin 1-ci Liqada mübarizə aparıb yenidən Premyer Liqaya qayıtmalı olduğunu vurğulayıb.

"Qərar verilməmişdən qabaq Premyer Liqada komanda sayının artırılacağına ümid edirdim. Premyer Liqanı "Qəbələ"siz təsəvvür edə bilmirəm. Amma həvəsdən düşmək lazım deyil. Keçən il "Şamaxı da eyni aqibəti yaşadı. Hal-hazırda 1-ci Liqada mübarizə aparıb Premyer Liqaya qayıtmaq istəyirlər. "Qəbələ" də 1-ci Liqada qarşısına məqsəd qoyub, maksimum nəticə göstərib yenidən Premyer Liqaya qayıtmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
operativmedia.az

10Mənbələr