AZ

Səudiyyə Ərəbistanı Həcc vizası olmayanları cərimə edəcək

Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxslərin cərimə ediləcəyi barədə xəbərdarlıq yayıb.


AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin dərc etdiyi məqalədə həcc ziyarətinin səyahət və ticarət vizası ilə həyata keçirilə bilməyəcəyini açıqlanıb.
 
Məqalədə həmçinin ziyarətə səyahət və ya işçi vizası ilə də gedənlərin cərimələnəcəyi qeyd edilib: \"Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il Həcc zamanı Həcc vizasından başqa viza ilə müqəddəs torpaqlara daxil olanların dərhal ölkədən çıxarılaraq cəzalandırılacaq.
 
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi də bununla bağlı məlumat yayıb: \"Həcc vizası xaricində turist, işçi, ümrə və ticarət kimi qeyri-qanuni həcc ziyarəti etmək istəyənlərə 10 min riyal pul cəzası kəsiləcək\". 
 
Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
azxeber.com

1Mənbələr