AZ

Azercell “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

Bakı. Trend:

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğuilə Bakıda keçirilən “GSMA M360 2024” konfransı davam edir. COP29ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit,sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya iləbaşlayıb. Bu sessiyada çıxış edən Azercell-in Hüquq, Etika vəKomplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESGstrategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyətihaqqında danışıb.

“Bu gün ESG hesabatımızı beynəlxalq ictimaiyyətə təqdim etməkmənim üçün xüsusilə qürurverici oldu. Çünki bununla bizşirkətimizin timsalında ölkəmizdə daha dayanıqlı, sağlam və yaşılgələcək naminə həyata keçirilən bir sıra tədbirləri gündəmə gətirəbildik. Hesabatımız Azercell-in sosial məsuliyyətli korporativvətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi, rəqəmsalinklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahınınartırılması istiqamətində gördüyü işləri özündə əks etdirir”,- deyəŞirin Əliyevə bildirib.

Azercell-in ESG hesabatı 2023-cü ili əhatə edir. Hesabatşirkətin ətraf mühitə təsirinin azaldılması səylərini, dövlət vəcəmiyyət qarşısında öz üzərinə götürdüyü sosial məsuliyyəti nümayişetdirir. Konfransda çıxış edən Şirin Əlyeva Azercell-in enerji, suvə yanacaq tədarükündə səmərəliliyin təmin edilməsi məqsədiləgördüyü tədbirlər haqqında danışıb.

Hesabatda günəş enerjisi ilə çalışan baza stansiyaların yalnızQobustan, Tovuz, Qubadlı və Cəbrayılda quraşdırıldığı qeyd edilsədə, Ş. Əliyevə cari il ərzində onların sayının artıq 17-yəçatdırıldığını bildirib. Belə ki, Azercell-in yeni yaşıl bazastansiyaları artıq Zəngilan, Füzuli, Ağdam və Laçında da fəaliyyətəbaşlayıb. Qeyd edək ki, lider mobil operator ilin sonuna kimi ölkəüzrə bu baza stansiyaların sayını 37-yə çatdırmağıplanlaşdırır.

Hesabatda həmçinin Azercell-in təhsil, idman, səhiyyə, qadın vəuşaq hüquqlarının qorunması, rəqəmsal inklüzivliyin artırılması vədigər istiqamətlərdə reallaşdırdığı sosial yönümlu təşəbbüslərihaqqında da məlumat verilib. Eyni zamanda, hesabat Azercell-inəməkdaşlarının inkişafı üçün həyata keçirdiyi layihələri də əhatəedir və bununla şirkət insan kapitalına verdiyi dəyəri bir dahavurğulayır.

Şirin Əliyeva bildirdi: “Azercell-in fəaliyyəti hər il müxtəlifbeynəlxalq sertifikat və mükafatlarla təltif edilir. Bu da öznövbəsində görülən işlərin effektivliyinin bariz nümunəsidir”.

Qeyd edək ki, şirkət dünya müstəvisində qəbul edilmiş bir çoxsertifikatlara yanaşı, ISO 14001:2015 Ətraf Mühit İdarəetməSistemləri standartına uyğunluq sertifikatına da malikdir.

Hesabatla tanış olmaq üçün Azercell-in səhifəsinə keçid edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
23
az.trend.az

10Mənbələr