AZ

ABŞ Qəzzada süni liman qurdu - Humanitar yüklər bu formada daşınacaq

ABŞ ordusu Qəzza zolağına yaxın ərazidə bölgəyə humanitar yardımların çatdırılması üçün süni liman inşa edib.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd edək ki, Qəzzaya yardım çatdırmaq üçün iki ay əvvəl inşası başlayan və bu günlərdə hazır olan süni liman logistik baxımdan o qədər də əlverişli hesab olunmur. Çünki humanitar yardımların çatdırılması uzun və vaxt aparan bir neçə mərhələdən sonra Qəzza sakinlərinə çatacaq. Belə ki, dəniz yolu ilə çatdırılma prosesinə görə, yüklər ilk olaraq Cənubi Kiprin Larnaka limanında nəzarətdən keçib gəmilərə yüklənəcək sonra yük gəmiləri ilə Qəzza sahilindəki süni limana aparaılacaq, yüklər burada kiçik hərbi qayıqlara yüklənəcək və yalnız bundan sonra beynəlxalq yardım qrupları tərəfindən yük maşınları ilə Fələstin xalqına paylanacaq.

Qeyd edək ki, regiondakı humanitar dəhliz ötən il oktyabrın 7-dən bağlanıb.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
azpolitika.info

1Mənbələr