AZ

Viktor Bonifase Bundesliqanın ən yaxşı yeni oyunçusu seçildi

“Bayer”in nigeriyalı mərkəz hücumçusu Viktor Bonifase cari mövsüm Almaniya Bundesliqasının ən yaxşı yeni oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının rəsmi saytına istinadən məlumat verir.

Nigeriyalı hücumçu səsvermədə Xavi Simons (“Leypsiq”), Yan Matsen (“Borussiya”, Dortmund) və Maksimilian Bayeri (“Hoffenhaym”) geridə qoyub.

Bonifase Nigeriyanın “Real Sapfir” klubunun yetirməsidir. Avropa karyerasına Norveçin “Budö/Qlimt” klubunda başlamış Viktor buradan Belçikanın “Yunion Sent-Jilluaz” klubuna keçib. 2023-cü ilin iyulunda isə “Bayer” 20,50 milyon avro müqabilində Bonifaseni öz heyətinə qatıb. Bonifasenin “əczaçılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Bonifase “Bayer”in heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 20 qol vurub, 10 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Viktor “əczaçılar”ın əsas oyunçularından biridir.

Viktor Bonifase 2023-cü ilin sentyabrında debüt etdiyi Nigeriya yığmasının heyətində 5 oyuna 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
15
arena.az

10Mənbələr