AZ

Dörd ölkənin nazirləri Gürcüstandakı aksiyalara QOŞULUB

Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.

NOCOMMENT.az xəbər verir ki, parlamentə yürüşdə onlar da təmsil olunub.

Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Gürcüstana səfəri çərçivəsində dörd ölkənin xarici işlər nazirliklərinin rəhbərləri artıq Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinə baxılmasına aprel ayında başlanılıb. O vaxtdan Gürcüstanda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu etirazlar bir neçə dəfə təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
nocomment.az

1Mənbələr