AZ

Lukaşenkodan Əliyevə Qarabağla bağlı təklif

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib.

Sitat.info xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Bu torpaqları dirçəltməyin, insanları geri qaytarmağın vaxtı gəlib çatıb. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır”, - A.Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Onun sözlərinə görə, bu iş çox vaxt, böyük əmək tələb edəcək və Belarus bu istiqamətdə Azərbaycana dəstək göstərməyə hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
20
sitat.info

10Mənbələr