AZ

Dünyanı heyrətə salan olay: 17 yaşında yoxa çıxan gənc 27 il sonra qonşunun tövləsindən tapıldı - FOTO

Əlcəzairdə dünyanın böyük maraqla izlədiyi hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əlcəzairdə 17 yaşında ikən yoxa çıxan şəxs 27 ildən sonra qonşunun tövləsində tapılıb. 

Məlumata görə, yoxa çıxan şəxsin qardaşı bu günlərdə 61 yaşlı qonşusundan şübhələnib: "Onun şikayəti əsasənda paytaxtdan 300 kilometr cənubda yerləşən Celfe vilayətində 17 yaşında silahlı qruplar tərəfindən qaçırılaraq öldürüldüyü güman olunan Ömər bin Omran 27 ildən sonra qonşusunun samanla dolu zirzəmisində qazılmış bir quyudan çıxarılıb. Hazırda fakt güc qurumları tərəfindən ətraflı araşdırılır".

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
mia.az

2Mənbələr