AZ

Slovakiyada Avropa Parlamentinə seçkilərin keçirilməsi şübhə altına düşüb

Slovakiyada Avropa Parlamentinə seçkilərin keçirilməsi şübhə altına düşüb. Buna səbəb dünən Slovakiya Baş nazirinin həyatına qarşı sui-qəsd cəhdinə baş vurulmasıdır.

Məsələyə münasibət bildirən Slovakiya prezidenti Peter Pelleqrini Avropa Parlamentinə seçkilərlə bağlı kampaniyanın dayandırılmasını təklif edib. O deyib ki, Robert Fitsoya sui-qəsdlə bağlı məsələyə aydınlıq gətirilənə kimi siyasi partiyalar Avropa Parlamentinə seçkilərdə iştirak etməmələridirlər.

Pelleqrini qeyd edib ki, Slovakiya üçün taleyüklü bir dövrdə baş nazirə qarşı sui-qəsdin kimlərdən və ya hansı ölkələrdən qaynaqlandığı ciddi şəkildə araşdırılmalı və yalnız bundan sonra Avroparlament seçkilərinə gedilib-gedilməyəcəyi barədə qərar qəbul edilməlidir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
oxumeni.az

1Mənbələr