AZ

“Ruslar fürsətdən istifadə edir və dəli kimi hücuma keçirlər”

Putin hesab edir ki, o, Ukraynaya qarşı müharibəni davam etdirə bilər, lakin bu, fundamental səhvdir.

Ölkə.Az xəbər verir ki, bu barədə ISW-nin hesabatında qeyd olunub.

Hesabatda həmçinin qeyd olunub ki, Putin bu taktika ilə uzunmüddətli ciddi uğur əldə edə bilməz: "Onun bu hesablamaları çox yanlışdır".

Bununla belə, ISW ekspertləri hesab edirlər ki, Ukrayna ordusunun genişmiqyaslı əks-hücum əməliyyatları keçirmək qabiliyyətinə malik olması son dərəcə vacibdir: “Əks halda Putin çox güman ki, qeyri-müəyyən müddətə hücum əməliyyatlarını davam etdirə və qələbə qazanana qədər Ukraynanı strateji müdafiəyə məcbur edə bilər".

"The Hill" isə yazır ki, cəbhədə Rusiyanın çılğın hücumlarını bildirir

Rusiyanın Xarkov vilayətinin şimalındakı hücumu döyüş sursatları az olan və geniş cəbhə xəttində döyüşməkdən tükənmiş Ukrayna qoşunları üçün müharibə başlayandan bəri ən mühüm problemlərdən birini yaradıb.

“The Hill” yazır ki, rus ordusunun Xarkovda əhəmiyyətli əraziləri ələ keçirməsi, Ukraynanın cəbhənin başqa yerlərindəki mövqelərini təhdid edə bilər.

Politologiya professoru Branislav Slançev bildirib ki, Rusiya Ukraynanın müttəfiqlərindən hərbi yardım almaqda kiçik bir fasilə yarandığından əraziləri ələ keçirməyə çalışır.

"Biz ən zəif Ukraynanı görürük. Ruslar yaranmış fürsətdən istifadə edir və dəli kimi hücuma keçirlər. Ukraynalılar indi fəlakətlə üz-üzədirlər, yaxın bir neçə ay da onlar üçün  kritik olacaq", - ekspert qeyd edib.

Nəşr eyni zamanda yazır ki, rus qoçunlarının Xarkova hücumun əsas məqsədi Rusiya ilə Ukrayna arasında bufer zona yaratmaq strategiyasından xəbər verir. "Xarkovu almaq çətin olsa da, Rusiya şəhəri mühasirəyə ala və çox böyük təzyiq göstərə bilər", - nəşr yazır.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
olke.az

1Mənbələr