AZ

Andrey Lunyov “Qarabağ”dan gedir? - TƏCİLİ

Moskva "Dinamo"su "Qarabağ"ın 32 yaşlı rusiyalı qapıçısı Andrey Lunyovun transferində maraqlıdır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder İvan Karpov “Telegram” kanalında yazıb.

 “Dinamo”nun qarşıdakı yay üçün qapıçı xəttini gücləndirmək üçün prioritet variantı məhz Lunyovdur”.

Bundan əvvəl mediada Andrey Lunyovun “Rostov”a mümkün transferi ilə bağlı şayiələr yayılıb.

Bu mövsüm 32 yaşlı “Qarabağ”ın qapıçısı bütün turnirlərdə 32 matçda iştirak edib,10-da qapısını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 1 milyon avrodur.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
90deqiqe.az

10Mənbələr