AZ

Prezident İlham Əliyevin Şuşa sakinləri ilə görüşü

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər növbəti səfəri bu torpaqların dirçəlişini daha da sürətləndirir: “Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlərin hər biri dərin məna daşıyır, böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, 10 may 2024 cü il tarixdə  Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağın tacı, musiqimizin beşiyi olan Şuşa şəhərinə növbəti səfərini edib. Səfər çərçivəsində Şuşa səhərində aparılan abadlıq və quruculuq işləri ilə tanış olub və bir çox açılış mərasimlərində iştirak edib. O cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.                                                           

  Dövlətimizin Başçısı görülən işlər barədə məlumat verib. Bildirib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olaraq Şuşaya ilk köç edən ailələrlə görüşdülər. Görüşdə cənab Prezident cıxış edərək qeyd edib ki, otuz iki ildən sonra Şuşalılar öz  doğma yurduna qayıdırlar. 2003-cü ildən başlayaraq Şuşalıları və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlindən gələni əsirgəməmişdir. Bunun üçün ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik.

Ölkə Başçısı görüsdə qeyd etdi ki, Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir.

Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Biz sülhsevər, biz qurub-yaradan xalqıq!

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
1
sabahinfo.az

2Mənbələr