AZ

Siyasi karyerasını bitirmiş liderlər: Siyahıda kimlər var?

Bir dövrün siyasi liderləri bu gün meydanlarda yoxdur. Onlar müxtəlif zamanlarda siyasətdən çəkildiklərini bəyan edərək siyasi cameədən çəkildilər. 

“Cebhe.info” siyasətdən gedən lideləri təqdim edir. 

Siyasətdən getdiyini ilk bəyan edənlərdən biri Lalə Şövkətdir. O, fəaliyyəti dayanmış Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş lideri olub. Xatırladaq ki, Lalə Şövkət 1993-cü il də iyulun 7-də Azərbaycanın Dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan da imtina edib. 3 iyun 1995-ci ildə Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycan Liberal Partiyasının təsis konfransı keçirilib. 

Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib. Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib. 

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov da siyasi karyerasını bitirmiş siyasilərdəndir. Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olub. Qeyd edək ki, o, 1991-ci ildə Azərbaycan Respublikası Parlamentində “Demblok”un həmsədri olub. 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü olub. "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının həmmüəllifidir. Dövlət müstəqilliyinin tanınması ilə bağlı Türkiyə və Pakistanda olan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. 

Siyasətdən gedən liderlərdən biri də hazırda ABŞ-də yaşayan Rəsul Quliyevdir. Rəsul Quliyev Milli Məclisin sədri olub, eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Neft və qaz emalı üzrə Baş İdarənin rəisi, Baş nazirin müavini vəzifələrində işləyib. 1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi ABŞ-də yaşayır. 

Siyasətdən gedən liderlər sırasında Zərdüşt Əlizadə də var. O, Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri olub. Zərdüşt Əlizadə 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub, 1990-cı il 7 yanvarda istefa verib, 1990-2000-ci illərdə Azərbaycan Sosial Demokrat Partiyasında fəaliyyət göstərib. 

Sülhəddin Əkbər də siyasətdən getmiş liderlər sırasındadır. O, səhhəti ilə bağlı ötən il siyasətdən getdiyini açıqlayıb və rəhbəri olduğu Azad Demokratlar Partiyasının buraxılması ilə bağlı bəyanat yayıb. Qeyd edək ki, Sülhəddin Əkbər Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri olub. Sülhəddin Əkbər eyni zamanda ləğv edilmiş Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, parlamentin deputatı olub. Siyasi liderlərdən başqa bir zamanlar siyasətlə məşğul olmuş şəxslər də müxtəlif zamanlarda siyasətdən getdiklərini açıqlayıb. 

Belə ki, müxtəlif vaxtlarda Əli Əliyev, Anar Əsədli, Qubad İbadoğlu, Fuad Əliyev və bir sıra digər şəxslər siyasətdən getdiklərini bəyan ediblər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
cebheinfo.az

2Mənbələr