AZ

Türk futbolçu Ronaldo haqda: Tanış olduğumuz ilk gündən...

Türk futbolçu Ronaldo haqda: Tanış olduğumuz ilk gündən...



 14:21 16.05.2024     112

Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan "Əl Əhli"də çıxış edən türkiyəli milli futbolçu Merih Demiral İtaliya mətbuatından "La Gazzetta dello Sport"a İtaliya günləri və Kriştiano Ronaldo ilə bağlı təəccüblü açıqlamalar verib.

Demedia.az xəbər verir ki, İtaliyaya mümkün dönüşü ilə bağlı danışan Merih bunları bildirib:

"Futbolda heç vaxt, heç vaxt demə. Ərəbistanda xoşbəxtəm, inkişaf edən bir futbol və mənə çox yaxşı münasibət bəsləyən insanlar tapdım. Ancaq Cristiano ilə birlikdə həmişə məmnuniyyətlə İtaliyaya qayıdaram. Beş il İtaliyada, iki il Turində qaldımsa, bu, Fabio Paratiçi (o vaxt "Yuventus"un idman direktoru) və Kriştiano Ronaldonun sayəsindədir. Kristiano Ronaldo tanış olduğumuz ilk gündən mənim üçün çox xüsusi idi. Meydanda və meydandan kənarda mənə çoxlu məsləhətlər verirdi".

Aysun / Demedia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
demedia.az

1Mənbələr