AZ

Volodindən xəbərdarlıq: “Daha güclü silahlarla cavab verəcəyik!“

"Dinc əhalinin yaşadığı şəhərlərimizə qarşı Qərb silahlarından istənilən istifadə cəhdi Rusiya vətəndaşlarının müdafiəsi naminə daha güclü silahların istifadəsinə səbəb olacaq".

News365.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Xatırladaq ki, dünən ABŞ dövlət katibi Antoni Blinken bəyan etmişdi ki, Vaşinqton hələ də Ukraynaya öz ərazisindən kənardakı məntəqə və ərazilərə zərbələr endirmək imkanı vermir və onu buna təşviq etmir.

Həmin gün Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa isə bildirdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə hücumlar üçün getdikcə daha mütərəqqi texnikalardan (Qərb silahları-red.) istifadə etməyə başlayır.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
news365.az

1Mənbələr