AZ

MMA döyüşçüsü Mahaçqalada güllələndi

Pop-MMA təşkilatçısının döyüşçüsü Zəlimxan Yusupova Mahaçqala küçələrindən birində hücum olub.

BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər veirr.

Onun 3 güllə yarası aldığı bildirilir.

Məlumata görə, bir neçə gənc sərxoş idmançıya yaxınlaşıb və küçədə mübahisə yaranıb.

Bildirilib ki, idmançıya hücum edənlər onu qanunsuz narkotik vasitələrdən istifadə etməkdə ittiham edərək, onun idmana üz qarası olduğunu bildiriblər.

Döyüşçü ayağından, qolundan və budundan güllə yarası alıb.

Zəlimxan Yusupov xəstəxanaya yerləşdirilib, döyüşçü əməliyyat olunub və hazırda həkim nəzarətindədir.

Polis hadisəni törədən şəxsləri axtarır.

Qeyd olunur ki, Yusupov Pop-MMA-da döyüşçü Əli Heibati ilə mayın 29-da üz-üzə gəlməli idi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
baku.ws

1Mənbələr