AZ

“PSG Kapital”ın daxili bazarda itkiləri 4 milyon manatı ötüb

"PSG Kapital İnvestisiya Şirkəti"nin 2024-cü ilin yanvar-aprel aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 467 əqd üzrə  41,2 milyon manat təşkil edib. 

İqtisadiyyat.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 9% və ya 4,14 milyon manat azalıb. Belə ki, 2022-ci ilin ilk dörd ayında "PSG Kapital”ın dövriyyəsi 45,3 milyon manat təşkil edib. 

Qeyd edək ki, "PSG Kapital” bu ilin ilk dörd ayında daxili birjada dövriyyəsi ən çox azalan ikinci şirkət olub. 

İnvestisiya şirkətinin birja əməliyyatlarının 2,45 milyon manatı repo, 26,9 milyon manatı dövlət qiymətli kağızlarının, 11,67 milyon manatı korporativ istiqrazların və  108,5 min manatı isə səhmlərin payına düşüb. İnvestisiya şirkəti bu il ərzində Mərkəzi Bankın istiqrazları üzrə əməliyyat aparmayıb. 

Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
iqtisadiyyat.az

1Mənbələr