AZ

DİN Matuş Şutay: Slovakiya "vətəndaş müharibəsi"nin astanasındadır

“Ölkəmiz vətəndaş müharibəsinin astanasındadır”.

Ednews "euronews"a istinadən xəbər verir ki, bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, istənilən bir dövlətin Baş nazirinə edilən sui-qəsd həmin ölkədə demokratiyaya qarşı yönəlmiş təhlükədir.

 Nazirin fikrincə, demokratik prinsiplərə sadiq bir dövlətdə mövcud hakimiyyətə münasibət silah deyil, seçki yolu ilə ifadə olunmalıdır.

"Qarşıda dayanan öncül tapşırıq bu hadisəni törədənlərin tapılaraq məsuliyyətə cəlb edilməsi, siyasi nifrət üsulunun aradan qaldırılması və ölkədə təhlükəsizliyin daha etibarlı təminatı üçün tədbirlərin görülməsidir", - deyə o, vurğulayıb.

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
3
ednews.net

4Mənbələr