AZ

Türkiyə millisinin 22 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Türkiyə

Bakı, 16 may, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Türkiyə millisinin məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, Millətlər Liqasında Yaponiya seçməsinə uduzan (2:3) “ay-ulduzlular” 22 matçdan sonra meydanı qələbəsiz tərk ediblər. İtaliyalı mütəxəssis Daniele Santarellinin çalışdırdığı komanda son məğlubiyyətini də Asiya təmsilçisindən almışdı.

Qeyd edək ki, Türkiyə yığması qrupdakı ikinci oyununda bu gün Niderland seçməsi ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
azertag.az

10Mənbələr