AZ

Soyqırımı törədən erməni general Qalstyana qoşuldu

"Biz bəyanat verib “Vətən naminə” hərəkatına qoşulduq və onu dəstəkləyirik".

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Qarabağdakı ləğv olunmuş separatçı qurumun Təhlükəsizlik Şurasının keşmiş katibi Vitali Balasanyan bildirib.

“Mən bütün ömrüm boyu Erməni Apostol Kilsəsinin yanında durmağa hazıram”, - deyə o qeyd edib.

Balasanyan Tavuşda delimitasiya ilə bağlı suala cavab verməkdən imtina edib. Sadəcə deyib ki, beynəlxalq təcrübə, beynəlxalq hüquq və beynəlxalq normalar var və hər bir dövlət bu norma və qanunları rəhbər tutmalıdır.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında , mülki əhaliyə qarşı soyqırımında iştirak edib və əsir düşənlərə qarşı qəddarlığı ilə yadda qalıb.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
bakupost.az

1Mənbələr