AZ

Böyük infrastruktur layihələri reallaşdırılır - ŞƏRH

Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Müharibə başa çatdıqdan dərhal sonra bütün şəhər və kəndlərimizin bərpası və yenidən qurulmasına başlanıldı. Şuşa şəhəri də təsdiqlənmiş Baş plana uyğun yenidən qurulur.

10 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev sakinlərlə görüşdə qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir.

Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir.

Vətən müharibəsi Azərbaycan xalqına bir daha göstərdi ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi olduqca önəmlidir. Bununla da dövlətimizin başçısı haqq-ədalətin danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, yumruq kimi birləşərək döyüş meydanında bərpa etdiyimizi, eyni zamanda yüzlərlə görüşün keçirilməsinə baxmayaraq təzavüzkar ölkənin və onun havadarlarının ucbatında məsələnin dinc formada həllini tapmamasını bir daha diqqətə çatdırdı.

Elmin MƏMMƏDOV,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
sesqazeti.az

1Mənbələr