AZ

Rusiya ordusu Xarkov istiqamətində 8 km irəlilədi

Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarının tempi azalmaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

“Prezident Vladimir Zelenski və Ukrayna hərbçiləri bəyan ediblər ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında vəziyyəti qismən stabilləşdirib. Rusiya qüvvələri Lukyantsı və Volçansk yaşayış məntəqələri ərazisində taktiki nailiyyətlər əldə etməyə çalışır, lakin Ukraynanın əks-hücumları, artilleriya və pilotsuz təyyarələrin zərbələri onların bu ərazilərdə möhkəmlənməsinə mane olur. Rusiya qüvvələri Xarkov vilayətinin sərhədindən səkkiz kilometrdən çox irəliləməyib”, - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
axar.az

2Mənbələr