AZ

"Sülh prosesi bağlı qapılar arxasında qalmalıdır" - Xəzər Siyasət Mərkəzinin nümayəndəsi

"Kazinform" amerikalı ekspertlərin bu yaxınlarda Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı fikirlərini yazıb.

Ednews xəbər verir ki, belə ki, Xəzər Siyasət Mərkəzinin baş elmi işçisi, doktor Erik Rudenşold Rustem Kozhybayevlə söhbətində qeyd edib:

“Sülh prosesinin bağlı qapılar arxasında qalması vacibdir, çünki mövzu çox həssasdır və tərəflərin etimadının gücləndirilməsini tələb edir. Şadam ki, onlar müzakirələri davam etdirəcək və münasibətləri normallaşdırmağın yollarını axtaracaqlar”.

Digər məruzəçi, "The New Lines" İnstitutunun Avrasiya Təhlükəsizlik və Rifah Departamentinin baş direktoru Kamran Buxari qeyd edib ki, “Ermənistan və Azərbaycan nümayəndələri arasında Almatıda keçirilən görüş daha uzun proses üçün yaxşı başlanğıcdır”.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
ednews.net

1Mənbələr