AZ

Paşinyanın nümayəndəsi müxalifəti pat vəziyyətinə saldı: “33 ildir istifadəsiz qalan Güney kəndi indi yadınıza düşdü?”

Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası zamanı əsas problemin Tavuş rayonunun Güney (ermənilər Kirants adlandırırlar) kəndində yaranıb. Buna səbəb isə həmin kəndin bir neçə böyük kəndləri birləşdirən qovşaqda yerləşməsidir.

Tribunainfo.az xəbər verir ki, erməni müxalifəti də məhz bu kənddən bərk yapışıb. Elə demarkasiya prosesi başlayanda bütün erməni müxalif liderlər həmin kəndə axışaraq, ilk aksiyaları orada başlatmışdılar. Bu gün erməni müxalifətinə rəhbərlik edən keşiş Baqratın da “ulduzu” orada “parlamışdı”.

Bu gün isə hökumətin iclasında hakim “Mülki Müqavilə” Partiyasının üzvü, Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifəti pat vəziyyətinə salıb. “Müxalifət günlərdir Kirants davası edirlər. 33 ildir həmin kənd yiyəsiz qalıb, istifadə olunmayıb, düz-əməlli ev belə yoxdur. Bu gün həmin kəndin özü deyil, ərazisinin 25 hektarı Azərbaycana verilib. Bəs, bu illər ərazində hardaydınız? Niyə həmin kəndlərə sahib çıxmamışdınız, əkməmişdiniz, tikməmişdiniz? İndi kimə qarşı mübarizə aparırlar?”

Çaxoyan onu da deyib ki, erməni müxalifətinin dərdi sərhədlərin demarkasiyası deyil. “Onlar birtərəfli güzəştlərə, sərhədlərin demarkasiyasına etiraz edirdilər. Bu gün isə onların hamısı yaddan çıxıb. İndi başqa məsələləri müzakirə edirlər. Maskaların cırılması 40 gün belə çəkmədi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
tribunainfo.az

2Mənbələr