AZ

Rəqabət Şurası qərar verdi:“Google”a yeni cərimə

“Google” yerli axtarış xidmətləri otel sorğuları ilə bağlı qərara uyğun olaraq üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməyib. Türkiyənin Rəqabət Şurasının qəbul etdiyi qərara uyğun olaraq, öhdəliklər yerinə yetirilənədək hər gün üçün 2023-cü ilin ümumi gəlirlərinin on mində beş məbləğində inzibati cərimə tətbiq ediləcək.

“İki sahil” xəbər verir ki, Rəqabət Şurasının verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Rəqabət Şurasının 08.04.2021-ci il tarixli 21-20/248-105 saylı qərarı ilə GOOGLE ümumi axtarış xidmətləri bazarında “Google”un öz yerli axtarışı (Local Unit) və yaşayış qiymətlərinin müqayisəsi (Google Hotel Ads-GHA) xidmətlərinə ümumi axtarış nəticələri səhifəsində mövqe və nümayiş baxımından rəqibləri üzərində üstünlük verməklə və rəqib yerli axtarış saytlarının yerli axtarış girişinə əngəl olaraq rəqiblərin fəaliyyətində çətinliklər yaradaraq və yerli axtarış xidmətləri və yerləşmə qiymətlərinin müqayisəsi xidmətləri üçün bazarlarda rəqabəti pozaraq 4054 saylı Rəqabətin Qorunması haqqında Qanunun 6-cı maddəsini pozduğu müəyyən edilib və “Google”a 296 084 899,49 türk lirəsi (TL) inzibati cərimə kəsilib."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
ikisahil.az

1Mənbələr