AZ

Türkiyə “KAAN” döyüş təyyarəsinə 2 milyard dollar xərcləyib

Türkiyənin “KAAN” milli döyüş təyyarəsinin yaradılması layihəsinə investisiyaları hazırda ümumilikdə 2 milyard dollar təşkil edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TUSAŞ) baş direktoru Temel Kotil jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şirkət 2028-ci ildə 20 “KAAN” təyyarəsini ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verməyi planlaşdırır:

“Biz bu layihəyə külli miqdarda pul xərcləmişik. Türk qırıcısının xüsusiyyətləri F-35-dən üstündür. F-35-in 6 tonu ilə müqayisədə bu təyyarə 10 tona qədər sursat daşıya bilir və daha səmərəli mühərrikə malikdir. Ümumiyyətlə, KAAN ancaq Amerikanın F-22 qırıcısı ilə müqayisə oluna bilər".

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
iqtisadiyyat.az

1Mənbələr