AZ

Ermənistanın hərbçilərlə bağlı qərarı: Ayda hər itkin hərbçi ailəsinə 782.67 dollar müavinət

Ermənistan höküməti mayın 16-da keçirilən iclasda 44 günlük müharibədə itkin düşən hərbçilərlə bağlı yeni qərar qəbul edib.

Beləki müharibədə itkin düşən 24 hərbçinin ailələrinə aylıq 300 min dram (782.67 dollar - Azərbaycan manatı ilə 1330 manar-red-Ə.R) yardımın iyun ayı daxil olmaqla 2 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Qərar layihəsinin qəbul edildiyi halda 2024-cü ilin may-iyun ayları üçün itkin düşmüş 24 hərbçinin ailələrinə dəstəyin göstərilməsi üçün maliyyə hesablaması 14 milyon 400 min dram təşkil edir.

Zəruri vəsaitin 2024-cü il dövlət büdcəsində Ermənistan Respublikasının Əmək və Sosial Məsələlər Nazirliyinə ayrılmış vəsaitlərin yenidən bölüşdürülməsi yolu ilə cəlb edilməsi planlaşdırılır.

 Qeyd edək ki, müavinət  44 günlük müharibə bitdikdən sonra təyin edilib.Vaxtının uzadılması isə hələki hərbçilərin cəsədlərinin tapılmaması ilə əlaqədardır.


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
adalet.az

1Mənbələr