AZ

Xaçmazda Üzməyi öyrənək" layihəsi

Xaçmaz Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Xaçmaz Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "Üzməyi öyrənək" layihəsinə start verilmişdir.

Rekord.az xəbər verir ki, bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə həyata keçirilir.

Layihədə Xaçmaz şəhər ümumtəhsil məktəblərindən seçilmiş I-V sinif şagirdləri iştirak edir. Təlim-məşqlər 1 ay ərzində həftədə 3 dəfə olmaqla keçiriləcək və yekunda təlim-məşqlərdə iştirak edən şagirdlər arasında üzgüçülük üzrə yarış təşkil olunacaq.

Layihənin həyata keçirilməsi azyaşlı şagirdlərin üzgüçülük vərdişlərinə yiyələnməsi, onların bu idman növünə olan marağının və üzgüçülüyün kütləviliyinin artırılması məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
rekord.az

2Mənbələr