AZ

İslandiya, Litva və Estoniya xarici işlər nazirləri Tbilisidəki etiraz mitinqinə qatılmaqla Gürcüstanın daxili işlərinə qarışıblar

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tiflisdəki etiraz mitinqində çıxış etməsini tənqid edib. O deyib ki, bu, dostluq deyil, düşmənçilikdir: “Təsəvvür edirsinizmi, bizim xarici işlər nazirimiz şərti olaraq İrəvana getsin və orada müxalifətin mitinqində çıxış etsin?”.

Kaxa Kaladze haqlıdır, biri var Gürcüstan parlamentinin qəbul etdiyi “xarici agentlərlə” bağlı qanunu kənardan tənqid edəsən, biri də var ki, gələsən Tbilisiyə və hökumətə etiraz edən müxalifətin mitinqində çıxış edəsən. Bunlar fərqli məhfumlardır. İslandiya, Litva və Estoniya xarici işlər nazirləri Tbilisidəki etiraz mitinqinə qatılmaqla Gürcüstanın daxili işlərinə qarışıblar. 3 ölkənin xarici işlər nazirinin eyni gündə Tbilisiyə gəlişi və mitinqdə çıxış qərarı böyük ehtimalla Brüsellə razılaşdırılıb. Əslində Brüssel bununla gürcü müxalifətinə ayı xidməti göstərib. Rəsmi Tbilisi son hadisəni xarici qüvvələrin Gürcüstanda çevriliş cəhdi kimi qiymətləndirəcək və bu yolla cəmiyyətdə dəstəyini artırmağa çalışacaq. Vaşinqton və Brüssel Gürcüstan hökumətini sanksiyalarla hədələsələr də, bunun risqlərini də hesablamaq məcburiyyətindədirlər. Çünki, sanksiyalar Gürcüstan hökumətini Kremlə yaxınlaşmağa sürükləyəcək. Bu isə Vaşinqton və Brüsselin maraqlarına uyğun deyil.

Elxan Şahinoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
1
visiontv.az

2Mənbələr