AZ

Aclıq akisyası keçirən jurnalist Penitensiar Xidməti yalan yaymaqda suçlayır

Jurnalist 3 gündür, aclıq etsə də, səhhətilə maraqlanmırlar

"Bu gün günorta saatlarında Gəncə 2 saylı İstintaq Təcridxanasında Osmanla görüşdük. Bildirdi ki, təcridxana rəhbərliyi və Penitensiar Xidmət aclıq aksiyası barədə ictimaiyyətə və dövlət qurumlarına məlumat vermək istəmir. Daha doğrusu, Penitensiar Xidmət belə hallarda təqsirləndirilən şəxsləri yox, məhkəmənin və prokurorluq orqanının maraqlarından çıxış edir".

Bunu hazırda həbsdə olan və acılıq aksiyası keçirən jurnalist Osman Rzayevin həyat yoldaşı Arzu Rzayeva "Arqument.az"a deyib. 

Göygöl rayon sakini, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan Osman Rzayevin həbsdə aclıq etdiyi bildirilir.

Arzu Rzayeva deyir ki, həyat yoldaşı qanunsuz həbsinə, xüsusilə də hazırda Gəncə Apelyasiya Məhkəməsində onun işinə baxan hakimlərin davranışına etiraz olaraq, özünə qəsd edir.

Onun sözlərinə görə, jurnalist 3 gündür, aclıq etsə də, səhhətilə maraqlanmırlar: "Ona aclıq etməsi üçün qanunvericilikdə nəzərdə tutulduğu kimi şərait yaratmırlar. Osman hələ də kamerasında saxlanılır və aclıq etməsi digər dustaqların yanında çətinləşir. Əslində onu həkim nəzarətinə verməli, aclıq aksiyası üzrə müvafiq sənədləşdirmələr etməklə gündəlik nəzarətdə saxlamalıdırlar. Lakin təcridxanada təkadamlıq kamera yoxdur, yalnız cəza üçün nəzərdə tutulan təkadamlıq karser kameraları var ki, həmin kameralarda da başqa məhkumlar var". 

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmət isə Osman Nərimanoğlunun aclıq etməsi haqda dediklərini təkzib edir. 

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, o, qida qəbulundan imtina etməsi ilə bağlı təcridxana rəhbərliyinə müraciət etməyib:

"Hazırda digər həbs edilmiş şəxslərlə bir kamerada saxlanılır. Həbs edilmiş şəxs qida qəbulundan imtina etməsi ilə bağlı müraciət etdiyi halda, onun səhhəti həkim nəzarətinə götürülməklə, digərlərindən təcrid edilmiş şəraitdə saxlanılması təmin olunacaq”.

Jurnalist də Penitensiar Xidməti təkzib edir və günahlandırır 

"Təcridxananın tibb məntəqəsinin otaqları və çarpayılar isə pullu dustaqlar tərəfindən işğal olunub. Yəni Osman tibb məntəqəsində saxlanılmalı olduğu halda, sabiq icra başçısı Alimpaşa Məmmədov kimi korrupsioner məmurlar xəstə olmaya-olmaya tibb məntəqəsinin bir otağında ayrıca lüks şəraitdə saxlanılır. Osman Nərimanoğlu dəfələrlə aclıq etməsi barədə təcridxana rəisinə rəsmi müraciət edib. Yəni Penitensiar Xidmətin sözügedən məsələ ilə əlaqədar ictimaiyyətə verdiyi açıqlama yalan və məqsədlidir".

Nə baş verib? 

"Demokratik.az” saytının rəhbəri olan 40 yaşlı Osman Rzayev iki ilə yaxındır ki, həbsdədir. 

Osman Nərimanoğlu kimi tanınan sayt rəhbərinə 2023-cü ilin yanvarında 6 il 6 ay həbs cəzası kəsilib. 

O, Göygöl Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və əməkdaşları da daxil olmaqla, 9 nəfəri saytda rüsvay etməklə hədələyib, pul almaqda ittiham olunur. 

Özü isə bu ittihamı rədd edir, yaşadığı rayonun xəstəxanasında baş verən korrupsiyanı, dərman maxinasiyalarını ictimailəşdirdiyinə görə cəzalandırıldığını deyir. 

O bildirir ki, xəstəxananın direktoru Vasif Əliyevin rayonun prokuroru ilə yaxın münasibətləri var. 

Bu münasibətlərdən də istifadə edərək, onu cəzalandırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
arqument.az

1Mənbələr